Hibrid Tədbirlər

Xidmətlər

Hibrid Tədbirlər konfrans zalında keçirilən ənənəvi tədbirə əlavə olaraq uzaqdan qoşulan insanların da iştirak etdiyi tədbir formatıdır.

Tədbirinizin ənənəvi hissəsində həmişəki kimi iştirakçılar, məruzəçilər, zalda audio video müşayiəti olunur. Uzaqdan qoşulan iştirakçılar isə harada olmasından asılı olmayaraq tədbir zalında oturmuş kimi interaktiv iştirak edə bilirlər.

Hibrid tədbirlər ənənəvi tədbir ilə virtual tədbirin birləşməsidir. Hibrid tədbiri əmələ gətirən bütün elementləri başa düşmədiyiniz halda, uğurlu hibrid tədbir keçirmək asan deyil. Bunlara fiziki iştirak və virtual komponentlər, həmçinin iştirakçıların onlayn tədbir platforması vasitəsilə ünsiyyət qurmasına imkan verən texnologiya daxildir.

Müasir onlayn tədbir platformaları hibrid tədbirlərin keçirilməsini asanlaşdırır. Tədbiri sosial şəbəkələrdə yayımlamaq və pərəstişkarları arasında brend şüurunu artırmaq da mümkündür. Hibrid tədbirlərdə fiziki iştirakçılar və onlayn qoşulanlar tədbir sessiyalarında iştirak, qruplar şəklində ünsiyyət, netvorkinq otaqlarında təkbətək söhbət etmək imkanlarına malikdirlər.

Hibrid tədbirlərə xüsusi audio video avadanlıq dəsti tələb olunur. Konsis bütün bu avadanlıqları icarə əsasında tədbirdə təmin edir. Video kameralar ilə çəkiliş, Blackmagic Design markalı mobil studiya ilə PTS xidməti, sosial şəbəkələrə striminq, səs sistemləri, konfrans məkanında led ekranlar. Hibrid Tədbiriniz çoxdillidirsə, biz onlayn platformada sinxron tərcüməni də təmin edirik. Tərcüməçilər tədbir məkanında ola bilər və ya uzaqdan qoşula bilərlər. Hər iki variant üçün həll yollarımız var.

Hibrid tədbirlər üzrə xidmətlər