Tez-tez verilən suallar və cavabları

FAQ

Xidmətlərimiz haqqında daha çox verilən suallar və cavabları

Müştərilərimizin verdiyi bütün əsas suallar və cavabları burda əks olunmuşdur. Əgər sualınızın cavabı burda yoxdursa onu bizə yazın və ya əlaqə saxlayın. 

Konsis komandası dörd əsas prinsipə görə ən yaxşı tədbir təşkilatı şirkətidir:

  1. 16 il təcrübə - 2006-cı ildə yaradılmış Konsis Azərbaycanda turizm və qonaqpərvərlik sənayesinin inkişafının bütün mərhələlərini yaşamışdır.
  2. Rəhbərlik işinin başındadır - Konsisin rəhbərliyi tam vaxtını şirkətin layihələrinə həsr edir. Şəxsən ticarət yarmarkalarında, sənaye görüşlərində iştirak edir və gündəlik tədbirlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Konsisdən başqa, bu sahədə işləyən şirkətlərin sahibləri və ya rəhbərləri üçün bu iş ikinci işdir. Onların əsas biznesi müxtəlif sahələrdədir: biri restoran açıb, biri reklam biznesi ilə məşğuldur, biri dövlət qurumunda tam ştatlı işləyir, digəri aptek işlədir.
  3. Layihə menecerləriı - Biz bütün müştərilərə layihə menecerləri təyin edirik və layihənin həyata keçirilməsinin bütün mərhələlərində keyfiyyətə nəzarət edirik. Konsisdən başqa heç bir rəqib şirkətdə layihə meneceri, texniki komandanın rəhbəri, istehsalat meneceri vəzifələri yoxdur.
  4. Tədbirlər sahəsində ən böyük komanda - Şirkət qurulandan bəri bizimlə olan işçilər indi dəbizimlədir. Bu gün 70 tam ştatlı işçi heyəti və 100-dən çox komanda üzvü və sərbəst işçi heyəti ilə biz Azərbaycanda tədbirlər üzrə ən böyük tərəfdaşınızıq. Layihə idarəçiliyi, yaradıcılıq, incəsənət, audio-video, əyləncə, timbildinq şöbələrimiz ilə ən geniş strukturlu şirkətik.
P2.6 Led Ekran - Daxili məkan üçün P2.6 led ekranlar. Bu, indiyə qədər Azərbaycanda icarəyə verilən ən yaxşı LED ekrandır. P2 ekranlar nə istədiyini bilən, işinə qarşı həssas müştərilər üçündür. Biz bu ekranları avtomobil salonlarında, elmi və tibbi konfranslarda, məhsul təqdimatlarında, sərgilərdə və hibrid tədbirlərdə quraşdırırıq.

P3.9 Led Ekran - Daxili və açıq məkanlar üçün led ekranlar. Bu ekranlar demək olar ki, istənilən tədbirdə istifadə olunur. Led ekranın 40 kvadratmetrdən çox olduğu böyük ekranlı tədbirlərdə P3.9 piksel diapazonlu ekranlardan istifadə edirik. Bu piksel diapazonlu ekranları xüsusilə Dataton Watchout kimi Multimedia Server istifadə olunduqda istifadə edirik..

P4.8 Led Ekran - Daxili və açıq məkanlar üçün led ekranlar. Bu ekranlar əsasən açıq havada istifadə olunur. İzləyicilər və ekran arasındakı məsafə bu piksel diapazonu üçün kifayət qədər uyğun olduqda biz onları daxili məkanda istifadə edirik. Etibarlı və özünü isbat etmiş bu ekranlar bu gün də geniş istifadə olunur.

Sualınıza cavab tapa bilmədiniz?

O zaman sualı bizə yazın. Ən qısa zamanda sualınız cavablandırılacaq.

Baş ofis ünvanımız:

SAT Plaza, 10-cu mərtəbə, 133 Bəşir Səfəroğlu, Bakı, Azərbaycan

Zəng üçün:

+994 50 5131133

Elektron poçtumuz:

info@konsis.az